ATADAN Constructionın şirkət olaraq və ayrı-ayrılıqda hər bir işçi üçün əsas məqsədi ən yüksək xidmət standartları ilə xidmət göstərmək və şərtsiz müştəri məmnuniyyətini təmin etməkdir. Mükəmməllik bir seçim deyil işimizin tələbidir və firmamızın qurulduğu ilk gündən etibarən bu məqsədə çatmaq əsas hədəfimiz olmuşdur. Fəaliyyət göstərdiyimiz hər sahədə,aşağıdakı prinsipləri həyata keçirmək öhdəliyimizdir:
- Keyfiyyət mövzusunda aparıcı rolumuzun tələblərini yerinə yetirmək;
- Nəticələndirilən hər bir məhsulumuzda, dizayn, material, işçilik və xidmət keyfiyyətini təmin etməklə ən yüksək keyfiyyət səviyyəsinə nail olmaq;
- Qrupdaxili ünsiyyətdə keyfiyyət tələblərini yerinə yetirməklə uyğun bir komanda işinin təmin edilməsi;
- Şirkətdaxili təlimlərdə keyfiyyət elementini ön plana çıxarmaqla fərdi inkişafı müasir ehtiyaclara uyğunlaşdırmaq;
- Şəxsi öhdəlikləri tam yerinə yetirməklə keyfiyyət hədəflərinə nail olmaq;
- Keyfiyyət İdarəetmə Sistemininin effektivliliyinin davamlı olaraq təkmilləşdirilməsini təmin edəcək fəaliyyətləri davam etdirmək;
- Qanuni tələbləri, qanunvericiliyi və İşəgötürən müqavilə şərtlərini tam yerinə yetirmək;